Pinokyo burunlu qurbağa
Ağac qurbağaları fəsiləsinin Litoria cinsindən olduğu ehtimal edilən qurbağa, pinokyoya bənzəyən burnuna görə Pinokyo burunlu qurbağa adlanır. Ona həmçinin sivri burunlu qurbağa da deyilir.
Pinokyo burunlu qurbağa İndoneziyanın Papua əyalətinin Foja dağlarında, Beynəlxalaq Qoruma və Milli Coğrafiya Cəmiyyəti tərəfindən 2008-ci ildə ekspedisiya zamanı kəşf edilib. Herpetoloq Pol Oliver onu təsadüfən görüb.
Bu qurbağanın burnunu genişlətmək və uzatmaq qabiliyyəti var. Səs çıxardığı zaman burnunu uzadır. Qurbağanın qidasını həşəratlar təşkil edir. Pol Oliverin sözlərinə görə, bu qurbağalar torpaqdan yüksək yerlərdə yaşayır, çünki onu ilk dəfə kəşf etdiyi zaman qurbağanı daha sonra görməmişdi. O hesab edir ki, qurbağalar ağacda olub. Yağışlı meşələr və ağacların bolluğuna görə, Foja dağları Pinokyo burunlu qurbağalar üçün ideal yaşayış yeridir.
29.03.2019