Son əlavə olunanlar

Afişa

Kukla Teatrı azyaşlı tamaşaçılarını dəvət edir

Fevralın 1-də A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı kollektivi iki səhnə əsəri -“Pişiyin evi” və “Çipollino”nu balaca teatrsevərlər üçün təqdim edəcək.  

“Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı çoxsaylı tamaşaçı istəyini nəzərə alaraq məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca Şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanı fevralın 29-da teatrsevərlərin ixtiyarına verəcək.  

Gənc Tamaşaçılar Teatrı uşaqlarla növbəti görüşə hazırlaşır

Yanvarın 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ingilis nağıllarının motivləri əsasında uşaqlar üçün hazırlanan “Şən Elf və cadugər” tamaşası nümayiş ediləcək.  

İncəsənət Gimnaziyasında “Ürəklər gülsün” adlı xeyriyyə konserti keçiriləcək

Dekabrın 26-da Azərbaycan Milli Konservatoriyasının nəzdində olan İncəsənət Gimnaziyasında M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Ürəklər gülsün” adlı xeyriyyə konserti keçiriləcək.  

Bakı Kitab Mərkəzinə “Yeni il gəlir”

Bakı Kitab Mərkəzi Yeni il ərəfəsində balacaları sevindirəcək.  

Kukla Teatrı bu dəfə “Qış karnavalı” hazırlayıb

Həmişə olduğu kimi, Yeni il münasibətilə yeni tamaşa hazırlayan və tamaşaçılarına sevinc bəxş edən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə də “Qış karnavalı” hazırlayıb.