Son əlavə olunanlar

Xəbərlər

19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür

Avqustun 19-u dünyada Beynəlxalq Humanitar Yardım Günü kimi qeyd edilir. Bu gün BMT tərəfindən 2008-ci ildə təsis edilib. İlk dəfə isə 2009-cu il avqustun 19-da qeyd olunub.

12 avqust - Beynəlxalq Gənclər Günüdür

Avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. 1998-ci ildə hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin vaxtdan etibarən hər ilin bu günü gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur.  

13 avqust Ümumdünya Solaxaylar Günüdür

Hər il avqustun 13-ü Ümumdünya Solaxaylar Günü kimi qeyd olunur.1992-ci ildə Britaniya Solaxaylar Klubu həmin günün qeyd olunması təşəbbüsü ilə çıxış edib.  

3 avqust - Qarpız Günüdür

Hər il avqust ayının 3-ü fərqli ölkələrdə Qarpız günü kimi qeyd olunur.   

2 Avqust- Azərbaycan Kinosu Günüdür

Bu gün Azərbaycan Kinosu Günüdür. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.  

COP29 ilə əlaqədar noyabrın 12-dən 22-dək orta məktəblərdə payız tətili olacaq, ali məktəblər distant təhsilə keçəcək

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarını imzalayıb.