Son əlavə olunanlar

Xəbərlər

20 noyabr - Ümumdünya Uşaq Hüquqları günüdür

Bu gün Ümumdünya Uşaq Hüququları günüdür. BMT Baş Məclisi 1954-cü ildə bütün ölkələrə dünya uşaqlarının qardaşlığı və həmrəyliyi günü kimi bayram edilməsini tövsiyə edib. Həmin gün bütün dünyada uşaqların firavanlığının təmin edilməsinə yönəldilmiş fəaliyyətə həsr olunub.  

16 noyabr- Beynəlxalq Tolerantlıq Günüdür

Hər il noyabrın 16-sı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur.  

15 noyabr- Bakı Dövlət Universitetində ilk dərs günüdür

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə ilk ali təhsil ocağımız – Bakı Dövlət Universiteti açılıb.

14 noyabr- Beynəlxalq Loqopedlər Günüdür

Noyabrın 14-ü Beynəlxalq Loqoped Günüdür. 2004-cü ildən keçirilən bu gün loqopedlərin peşə bayramı hesab olunur.  

13 noyabr Ümumdünya Xeyirxahlıq Günüdür

Hər il noyabrın 13-də Ümumdünya Xeyirxahlıq Günü qeyd olunur. Ümumdünya Xeyirxahlıq Hərəkatının birinci konfransı 1988-ci ilin məhz bu günü Tokioda açılmışdır. Konfransda Avstraliya, Kanada, Yaponiya, Tailand, Sinqapur, Böyük Britaniya və ABŞ-ın nümayəndələri iştirak etmişdilər. Sonralar başqa ölkələr də bu hərəkata qoşuldular.

9 noyabr - Azərbaycan Dövlət Bayrağı günüdür

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.