Son əlavə olunanlar

Xəbərlər

Akademik Musiqili Teatrın Yeni il tamaşası – “Evdə tək”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dekabrın 28-dən yanvarın 5-dək maraqlı və əyləncə dolu Yeni il tamaşası –“Evdə tək” nümayiş olunacaq.

28 Noyabr - Ümumdünya Mərhəmət Günüdür

Ümumdünya Mərhəmət Günü və ya Ümumdünya Şəfqət Günü, hər il noyabrın 28-də qeyd olunur.  

Nağıl qəhrəmanlarını ölümsüzləşdirən heykəltaraş

Nağıllar da milli-mənəvi sərvətimizdir, onlarla böyüyürük. Nağıl xarakter formalaşdırır, ruhu tərbiyə edir, xəyal dünyasını, təxəyyül və fantaziyanı inkişaf etdirir. Şifahi xalq ədəbiyyatının epik növünün nümunələri uşaqları əyləndirməklə yanaşı, yazıçıları, rəssamları, heykəltaraşları da ruhlandırır. Nağıl qəhrəmanlarının heykəllərini düzəldib, onları ölümsüzləşdirən heykəltaraş rəssamlardan biri də 66 yaşlı Rəşid Rəsulovdur. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkar illərdir ki, müxtəlif personajları uşaqlar və nağıl sevən böyüklər üçün daha yaxın edir.

Paytaxtın 45 məktəbində peşə təmayüllü siniflər fəaliyyət göstərir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 45 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunur.  

26 Noyabr – Azərbaycan Kəlağayısı Günüdür

Azərbaycanda istehsalı qədimdən məlum olan kəlağayı ipək sapdan toxunmuş dördkünc formalı qadınlar üçün nəzərdə tutulmuş baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat” da deyilir.   

26 Noyabr - Ümumdünya informasiya günüdür

Hər il noyabrın 26-da Ümumdünya İnformasiya Günü qeyd edilir. BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamentin təşəbbüsü ilə qeyd olunan bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışanların peşə bayramıdır.