Son əlavə olunanlar

Xəbərlər

20 İyul – Beynəlxalq Tort Günüdür

20 iyul dünyada Beynəlxalq Tort günü kimi qeyd olunur.

20 iyul – Beynəlxalq Şahmat Günüdür

1996-cı ildən 20 iyul dünyanın hər yerində Beynəlxalq Şahmat Günü kimi qeyd olunur. 

17 iyul - Ümumdünya Emoji Günüdür

17 iyul – Ümumdünya Emoji Günü (World Emoji Day) kimi qeyd edilir. Bu gün, müasir cəmiyyətdə son dərəcə populyar olan simvollara, elektron kommunikasiya sistemində istifadə etdiyimiz işarələrə (piktoqram, ideoqram və gülüş işarələrinə) həsr edilib. Bayram qeyri rəsmi olsa da, hər il populyarlığı artır.

Paytaxtda I sinfə qəbul üçün 37 mindən çox sorğu yerləşdirilib

Paytaxt məktəblərinin I sinfinə qəbul üçün elektron sistem vasitəsilə 37 min 598 uşaq üzrə sorğu yerləşdirilib.  

Azərbaycan üçün iki yeni mikrogöbələk növü aşkar edilib

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri professor Dilzarə Ağayeva, doktorant Xədicə Apbayeva, biologiya üzrə fəlsəfə doktoru Pərvin Ağayeva və Ukrayna Milli Elmlər Akademiyasının Botanika İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Tetiana Andrianovanın həmmüəllif olduqları “Cənubi Qafqazdan “Coleroa robertiani” və “Sporocadus rosigena” (Ascomycota) növlərinə dair ilk qeydlər” (First records of Coleroa robertiani and Sporocadus rosigena (Ascomycota) from the South Caucasus) adlı elmi məqalə “Scopus” bazasında indekslənən Q4 kvartilli “Czech Mycology” jurnalında dərc edilib.  

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

Bu gün saat 11:00-dan etibarən regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə elektron növbələrin yaradılması prosesi başlayır.