Son əlavə olunanlar

Xəbərlər

Azərbaycanlı məktəblilər beynəlxalq elm olimpiadasında beş medal qazanıblar

Botsvanada yeniyetmələrin 15-ci beynəlxalq elm olimpiadası keçirilib. Dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi olimpiadada Azərbaycanı 6 şagird təmsil edib.  

Azərbaycanlı uşaqlar xalqlar dostluğu festivalında “Sarı gəlin” rəqsini ifa ediblər

Moskva şəhərinin 31 nömrəli orta məktəbində xalqlar dostluğu festivalı keçirilib. Bayram şənliyində müxtəlif xalqların nümayəndələri iştirak ediblər. İstedadlı çıxışları ilə festivalın qonaqlarını sevindirən iştirakçılar öz xalqlarının mədəniyyətini və ənənələrini nümayiş etdiriblər. Səkkizinci sinif şagirdləri Kristina Artişşeva və Arina Ovçarenko festivalın aparıcıları olublar.

Ulu öndərin xatirəsinə həsr olunmuş turnir keçirilib

Paytaxtda fəaliyyət göstərən “Judo Club 2012” idman klubunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə şəxsi-komanda turniri keçirilib.  

Gəncədə keçirilən olimpiadada qərb bölgəsindən 400-dək məktəbli iştirak edib

Təhsil Nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin (GDU) təşəbbüsü və təşkilatçılığı ilə respublikanın qərb bölgəsindəki ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdləri üçün xarici dillər – ingilis dili, alman, dili, fransız dili və rus dili fənlərindən olimpiada təşkil edilib.

“Mir” telekanalının uşaq rəsm müsabiqəsinin azərbaycanlı qalibləri müəyyən olunub

“Mir” telekanalının təşkil etdiyi və MDB ölkələrində keçirilən “Uşaqlar dünyanın rəsmini çəkir” beynəlxalq uşaq rəsm müsabiqəsinə yekun vurulub. Müsabiqədə hər bir ölkə öz qaliblərini müəyyən edir. Azərbaycanda artıq ən istedadlı azyaşlı rəssamların adları elan edilib.  

Bədii gimnastika üzrə Azərbaycan birinciliyinin ilk gününün qalibləri müəyyənləşib

Dekabrın 6-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi çərçivəsində 2006-2007-ci il təvəllüdlü gimnastların qrup komandalarının lentlə hərəkətlərində qaliblərin mükafatlandırılması mərasimi keçirilib.