Son əlavə olunanlar

Xəbərlər

“Sağlam məktəbli” layihəsində 10 minə yaxın məktəbli iştirak edib

Qida Təhlükəsizliyi Agentliyinin cari tədris ilində məktəblilərin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi “Sağlam məktəbli” layihəsinə yekun vurulub.  

8 İyun – Ümumdünya Okeanlar Günüdür

Ümumdünya Okeanlar Günü 8 iyun 1992-ci ildə Rio-de Janeyroda BMT-nin "Ətraf mühit və inkişaf" Konfransında elan edilib. Rəsmi olaraq 2009-cu ildən qeyd olunur. 

Eşitmə məhdudiyyətli uşaqlar üçün “Danışan əllər” adlı tədbir təşkil edilib

Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Ramazan bayramı ilə əlaqədar “Araxçın Silent Communication” komandası tərəfindən eşitmə məhdudiyyətli uşaqlar üçün “Danışan əllər” adlı bayram tədbiri təşkil edilib.

Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı 14 nömrəli məktəbdə tədbir keçirilib

Nəsimi rayonu 14 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rüstəmova Günay İslam qızının rəhbərlik etdiyi 1 ç sinfi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "Dünyamız nağıldır" adlı tədbir keçirtdi. 

OCEP 2019 Avropa Gənclər Yay Olimpiya Festivalına 50 gün qalır

Mayın 31-də Yasamal rayonu A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə OCEP 2019 Avropa Gənclər Yay Olimpiya Festivalına 50 günün qalması qeyd olunub.  

ADA Universitetində “Uşaqlar və informasiya məkanı” adlı konfrans keçirilib

İyunun 1-də Bakı Avropa Liseyinin təşəbbüsü və ADA Universitetinin təşkilatçılığı ilə Beynəlxalq Uşaq Diplomatiyası layihəsi çərçivəsində “Uşaqlar və informasiya məkanı” adlı konfrans keçirilib.