Son əlavə olunanlar

Xəbərlər

Fevralın 26-da paytaxt məktəblərində ilk dərslər Xocalı soyqırımının ildönümünə həsr ediləcək

Fevralın 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr ediləcək. Bununla bağlı Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilib.

Çində ay təqvimi ilə 4719-cu il başlayıb

Şərq ölkələrinin ay təqvimi ilə bu gün – milad təqvimi ilə fevralın 12-si Yeni ilin ilk günüdür.

Gənc və yeniyetmələr üçün növbəti rəsm müsabiqəsi elan olunub

“Nizami Gəncəvi İli” çərçivəsində gənc nəsildə milli adət-ənənələrimizə hörmət hissini aşılamaq və milli bayramımız olan Novruzun daha dərindən dərk olunması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə ənənəvi “Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib.

Novruz çərşənbələrinin vaxtı açıqlandı

Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub.

Fevralın 2-də milli parklarda “açıq qapı” günü keçiriləcək

Ümumdünya Su-Bataqlıq Günü ilə əlaqədar fevralın 2-də Şirvan, Qızılağac və Ağgöl milli parklarında “açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parklara giriş haqqından azad ediləcək.

Bu gün ənənəvi tədris qismən bərpa olunur

Bu gün məktəbəhazırlıq qruplarında, icma əsaslı məktəbəqədər təhsil qruplarında və ibtidai təhsil səviyyəsi üzrə tədris sanitar-gigiyenik tələblər nəzərə alınmaqla ənənəvi qaydada qismən bərpa olunur.