Xəbərlər

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai siniflərində yaz tətili başlayır

Mayın 1-dən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai siniflərində yaz tətili başlayır. Bu məsələ Nazirlər Kabinetinin Qərarında əks olunub.

 

Bunları AZƏRTAC-a açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

 

Cəsarət Valehov bildirib ki, məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri mayın 5-dək davam edəcək. Mayın 1-dən 5-dək məktəbəhazırlıq və ibtidai siniflərdə tədris və təlim prosesi (əyani və ya distant) dayandırılır.