Son əlavə olunanlar

Uşaq yaradıcılığı

Səsi ilə qəlblərə toxunan balaca istedad Nuray Şahsuvarlı

Bəzən bir səs insanı uzağa aparır, unudulmaz sənətkarları yada salır. O səs qəlbin dərinliklərinə işləyir, dinləyicini həm kövrəldir, həm də qürurlandırır. Əslən laçınlı olan Nuray Şahsuvarlının səsi də belədir – onu böyük sənətkar Şövkət Ələkbərovaya bənzədirlər. Dinləyicilər bu oxşarlıqda bir tərəfdən nostaljini, milli musiqimizin klassik ruhunu, digər tərəfdən isə bu balaca istedadın yeni nəfəsini və fərqli baxışını hiss edirlər.  

Raul Hüseynov: Həvəskar videodan böyük səhnəyə aparan yol

AZƏRTAC Azərbaycanın istedadları ilə müsahibələr silsiləsini davam etdirir. Daha bir müsahibimiz Raul Hüseynovdur. Onun cəmi 11 yaşı var, amma artıq üç ildir ki, Azərbaycanın Əməkdar artisti Aybəniz Həşimovanın rəhbərliyi altında məşq edir, çoxlarının çətin və uzun hesab etdiyi yolda inamla addımlayır. Raulun adı təsadüfi həvəskar videosunun sosial mediada sürətlə yayılması və buradakı ifasının milyonlarla baxış toplaması ilə məşhurlaşıb.  

IX “Muğam” müsabiqəsinin 9 yaşlı finalçısı – Əhəd Ağayev

Muğam xalqımızın milli-mənəvi sərvəti, tükənməz xəzinəsidir. İldən-ilə bu sənəti sevənlərin sayı artır, heyranları çoxalır. Xüsusilə qeyd etməyə dəyər ki, dövlət tərəfindən də muğama lazımi dəstək verilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun muğam layihələri - "Qarabağ xanəndələri" albomu, "Muğam ensiklopediyası", "Muğam irs" və s. bu sahədə çox böyük rol oynayır. Həmin layihələrin sırasında "Muğam” televiziya müsabiqəsinin öz yeri var. Müsabiqə neçə-neçə gənc ifaçının yoluna işıq salıb, onların istedadının cilalanmasında, tanınmasında, sənət yoluna çıxmasında müstəsna rol oynayıb.  

Müsabiqə qaliblərinin rənglərdən yoğurulan Vətən sevgisi - MÜSAHİBƏ

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə AZƏRTAC-ın “Uşaq Bilik Portalı”nın və Özbəkistanın “Tonq Yulduzi” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “Vətənin tərənnümü” mövzusunda rəsm müsabiqəsinin qalibləri agentliyin müxbiri ilə söhbət əsnasında arzu və istəklərini dilə gətiriblər.  

Qonağımız Kamal Qədirlidir

Uşaq yaradıcılığı rubrikasında bu gün sizi Kamal Qədirli ilə tanış etmək istəyirik.  

Qonağımız Mehriban Məhərrəmzadədir

Uşaq yaradıcılığı rubrikasının bugünkü qonağı Mehriban Məhərrəmzadədir.