Böyük ingilis yazıçısı, dramaturqu, ssenaristi, bir çox yumoristik, fantastik əsərlərinin müəllifi Duqlas Noel Adams 1952-ci ildə martın 11-də Böyük Britaniyanın Kembric şəhərində anadan olub. O, Brentvudda məktəbə gedib və sonra kollecdə oxuyub. 1974-cü ildə bakalavr, daha sonra magistr təhsili alıb. Onun ixtisası ingilis ədəbiyyatı olub.