Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Münəvvər Rzayeva

Özünəməxsus dəst-xətə malik heykəltəraş olan Münəvvər Rzayeva əsasən psixoloji portret ustası idi. 

İsmayıl xan Naxçıvanski

Naxçıvanski İsmayıl xan Ehsan xan oğlu 1819-cu ilin 5 yanvarında Naxçıvan xanlarından olan məşhur general-mayor Ehsan xan Naxçıvanskinin ailəsində anadan olub.  

Natiq Rəsulzadə

Zəngin söz ehtiyatı, həyata dair geniş təfəkkür, biri-birinə qətiyyən bənzəməyən yaradıcılıq üslubuna sadiqlik istedadı – Xalq yazıçısı Natiq Rəsulzadənin fikrincə, məhz bu üç komponent mükəmməl ədəbi mətnin əsasını təşkil edir. Heç olmasa bir kərə yazıçının kitabını əlinə alan təsdiq edə bilər ki, həmin keyfiyyətlər tam şəkildə ədibin özünə də məxsusdur.  

Rəşid bəy Əfəndiyev

Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (Əfəndizadə) 1863-cü ildə Şəki şəhərində ruhani ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Cümə məscidində yerləşən mollaxanada Əbdürrəzzaq Tahirzadə adlı bir müəllimdən almışdır.  

Xosrov bəy Sultanov

Xosrov Paşa bəy Sultanov 1879-cu il, may ayının 10-da Zəngəzur mahalının Kürdhacı kəndində anadan olmuşdur. Xosrov bəy Gəncə gimnaziyasında oxumuş, Novorossiysk Universitetinin tibb fakültəsini bitirmişdir (1903). Vətən tarixini, ədəbiyyatını və mədəniyyətini sevən ziyalılardan olan Xosrov bəy Şuşadakı evlərindən birini Şərq kitabxanası adlandırmış, quberniya işçilərinə Şərq xalqlarının tarix və mədəniyyətindən mühazirələr oxumuşdur.  

Bəkir Çobanzadə

Ədəbiyyatşünas, mətnşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krım vilayəti Simferopol qəzasının Qarasubasar şəhərində anadan olub. Burada ibtidai təhsil alıb. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb edib. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi – “Sultaniyyə”yə təhsilini davam etdirməyə göndərib (1908-1918). İlk şeirlərini, “Anan harda?” poemasını tələbəlik dövründə qələmə alıb. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənib.