Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Xəlil İbrahim

Tanınmış jurnalist, tənqidçi və tərcüməçi Xəlil İbrahim oğlu İbrahimov 1892- ci ildə Şuşada doğulmuşdur.

İsmayıl Dağıstanlı

Bənzərsiz yaradıcılığı ilə özündən sonrakı aktyor nəsillərinə örnək olan, intəhasız zəhməti ilə sənətin uca zirvələrinə yüksələn sənətkarlarımızdan biri də Xalq artisti İsmayıl Dağıstanlı olub. Azərbaycanın və SSRİ-nin Xalq artisti, görkəmli sənətkar İsmayıl Dağıstanlı sənətin, səhnənin ona ehtiyacı olduğu, ən gərəkli, lazımlı vaxtlarda səhnəyə çıxıb. 

Mehdi Mehdizadə

Görkəmli alim, tanınmış pedaqoq, maarifçi, Əməkdar elm xadimi, akademik Mehdi Mehdizadə 1903-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. 

Əhməd Ağdamski

XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində əvəzsiz rolu olan şəxsiyyətlərdən biri də Əhməd Ağdamski olub. 

Əbülfət Əliyev

Azərbaycan musiqi tarixində öz dəst-xətti, həzin və məlahətli səsi, zəngin repertuarı ilə fərqlənən, xalqımızın əbədi məhəbbətini qazanmış muğam ifaçılarından biri də respublikamızın Xalq artisti Əbülfət Əliyev idi. Əbülfət Əliyev özünəxas məlahətli, xoş tembrli, rəvan, axıcı səsi, novator yaradıcılıq üslubu olan sənətkardan olub.

Zeynəb Xanlarova

Zeynəb Xanlarova sənəti bütün zamanlarda diqqət mərkəzində olub. Onun ömür yaşı səksəni haqlasa da, sənət yaşının tarixi yoxdur. Zeynəb Xanlarova sənətinin yaşı Azərbaycan musiqisinin tarixi qədər qədim və zəngindir...