Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Bencamin Franklin

Amerikanın dövlət xadimi, diplomat, ensiklopediyaçı-alim, naşir və jurnalist Bencamin Franklin 1706-cı ildə anadan olub. ABŞ-ın qurucularından biri kimi də tarixə düşüb.  

Yozef Haydn (1732-1809)

Avstriya bəstəkarı, Vyana klassik məktəbinin nümayəndəsi Frans Yozef Haydn simfoniya və simli kvartet kimi musiqi janrlarının banilərindən biridir. Vaxtilə Pyotr Çaykovski Haydn haqqında deyirdi: “O olmasaydı, nə Mosart, nə də Bethoven olardı”. 

Robespyer (1758-1794)

Fransa inqilabı başlayanda Arras şəhərindən olan 30 yaşlı vəkil Maksimilian Mari İsidor de Robespyerin 30 yaşı vardı. Həmvətənləri təmkinli, xeyirxah, ciddi, həmişə səliqəli geyinən gənc vəkilə hörmətlə yanaşırdılar.  O, hansı işlərə baxırdı?  

Cəngəlliklərdə dolaşan nağılbaz - Redyard Kiplinq

İngilis yazıçısı, şairi, novellaçısı Redyard Kiplinq  1865-ci il dekabrın 30-da Hindistanın Bombey şəhərində anadan olub. Rəsmiyyətpərəst “Dumanlı Albion” (İngiltərə) ilə müqayisədə Bombeyin isti və parlaq rəngləri sehrli nağıla bənzəyirdi.

Süleyman Sani Axundovun qorxulu nağılları

Süleyman Sani Axundov dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq kimi tanınır. O, ədəbiyyatda eyni soyadını daşıyan Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə “ikinci” mənasını verən “Sani” sözünü təxəllüs götürüb. Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşada yoxsullaşmış bəy ailəsində dünyaya göz açıb. 

Ezop

Əfsanəvi Ezop  qədim yunan təmsil ustasıdır.  Təqribən  eramızdan əvvəl VI əsrdə yaşayıb. Ezopun real şəxsiyyət, yaxud ümumiləşdirici obraz olması indiyə qədər məlum deyil. Onun  bioqrafiyası qeyri-müəyyəndir.  Ən inandırıcı versiyaya görə,  Ezop kölə  olub. Sonradan ona azadlıq verilib. Ezop Delfiya şəhərinin sakinləri tərəfindən öldürülüb.