Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Salvador Dalinin sürrealizmi: Gələcəkdən xəbər, yoxsa məntiqsizlik

XX əsr avanqard cərəyanlarının ən sonuncusu olan sürrealizm fransız dilində "realizmdən üstün" mənasını verir. Bu cərəyan Avstriya psixiatrı Ziqmund Freydin nəzəriyyəsi, irrasionalizm (duyğuları idrakın əsas özəlliyi kimi qəbul edən fəlsəfi təlim) və alogizmə (məntiqsizlik, idrakı inkar edən düşüncə tərzi) söykənir. 

İztirablarla dolu taleyi olan rəssam: Frida Kahlo

Frida Kahlo məşhur meksikalı rəssamdır. Kommunist, ekspressiv və ekssentrik olan Frida ölümündən əvvəl çox az müddətdə şöhrət qazanıb. Hazırda onun rəsmlərinin milyon dollarlıq dəyəri var. Fridanın şöhrətinə bir çoxları paxıllıq edərdi, amma onun taleyinə heç kim paxıllıq etməz…

Qaraqoyunlu hökmdarı - Qara Yusif

Qara Yusif Qaraqoyunlu tayfa birliyinin 3-cü başçısı (1389—1420), Qaraqoyunlu tayfasından olan 2-ci sultan (1413—1420) və Qaraqoyunlu dövlətinin yaradıcısıdır.

Danışmadan güldürən Mister Bin

Uşaqların ən sevimli komediyasının baş qəhrəmanı Mister Bini canlandıran Rovan Atkinson 1955-ci il yanvarın 6-da Böyük Britaniyada dünyaya gəlib. O, Erik Atkinson və Ella Mayin dördüncü oğludur.

Öz zəkası ilə dünyanı heyrətləndirən dahilər

Volfqanq Amadey Motsart: Klassik musiqinin dahilərindən biri olmuşdur. 15 yaşından operaları ilə hər kəsin diqqətini cəlb etməyi bacarmışdır. 35 yaşında vəfat edən bəstəkar, sağlığında 626 əsərə imza atmışdır.

29 dil bilən ingilis səyyahı Richard Francis Burton

Britaniyalı səyyah, yazıçı, şair, tərcüməçi, etnoqraf, qılıncoynatma ustası və diplomat Richard Francis Burton 19 mart 1821-ci ildə anadan olmuşdur. Asiya və Afrika ilə bağlı araşdırmaları ilə yanaşı, müxtəlif dil və mədəniyyətlər haqqında bilikləri Richard Francis Burtonu məşhurlaşdırmışdır. Deyilənə görə, Burton hər biri fərqli dil ailəsinə məxsus olan  29 dil bilirdi.