Son əlavə olunanlar

Bu maraqlıdır!

Balballar: Tarixin daş mühafizəçiləri

Köçəri və oturaq xalqlar arasında minilliklər boyu formalaşmış zəngin və çoxşaxəli türk mədəniyyəti təbiətlə dərin bağlılığı və azadlıq istəyini əks etdirən əfsanələrlə, qəhrəmanlıq dastanları və böyük nailiyyətlərlə zəngindir.  

Mətbuatda göyqurşağı

Uşaqlar xalqın, millətin sabahıdır. Bu məqsədlə ziyalılarımız uşaq mətbuatı yaratmaq üçün çox çalışırdılar. Onlar düşünürdülər ki, uşaq mətbuatını yaratmaqla uşaq ədəbiyyatının inkişafı da sürətlənəcək. Nəriman Nərimanov, Sultan Məcid Qənizadə, Əliisgəndər Cəfərzadə, Məhəmmədhəsən Əfəndizadə kimi mətbuatın tərəqqisi üçün çalışanlar müəyyən vaxtlarda dəfələrlə hökumətə yeni uşaq jurnalı yaradılmasını təklif edirdilər. N.Nərimanov "Məktəb", S.M.Qənizadə isə dostu Həbib bəy Mahmudbəyovla birgə "Nübar" uşaq jurnallarının yaradılmasını təklif etdilər. Lakin çar senzurası təklifləri rədd etdi.  

Aralıq dənizinin ikinci ən böyük adası: Sardiniya

Sardiniya Aralıq dənizində Siciliyadan sonra ikinci ən böyük adadır. İtaliyanın iyirmi regionundan, eləcə də xüsusi qanunla müəyyən dərəcədə daxili muxtariyyət verilən beş bölgəsindən biri olan Sardiniya ölkənin ən məşhur turistik yerlərindəndir. İqlimi subtropik, Aralıq dənizi tipli olan bu adanın cənub-qərbində Sardiniyanın mərkəzi hissəsindəki dağlardan Kampidano ovalığı ilə ayrılan İqleziyente massivi yerləşir. Ada toz kimi incə ağ qumlu çimərlikləri, firuzəyi mavi dənizi, tarixi və təbiət gözəllikləri ilə turistləri cəlb edir.

Təkrar emalın əhəmiyyəti

Təkrar emal kağız, plastik və metal kimi istifadə olunmuş materialların toplanmasını və sonra onların yeni məhsullara çevrilməsini əhatə edir. Təkrar emal köhnə əşyaları yeni əşyalara çevirərək planetimizin qayğısına qalmağa kömək edir.  

Türkiyənin antik tarixi – Likya, Kariya, Pisidia

Türkiyənin qərbi Aralıq dənizinin Təkə yarımadasında yerləşən tarixi məkan Likya özünəməxsusluğu, heyrətamiz memarlığı ilə Anadolunun ən inkişaf etmiş sivilizasiyalarındandır.  

6 qitədən, 65 ölkədən 350-yə yaxın çaynik kolleksiyası

Şəkinin Baş Küngüt kəndinin sakini Sadiq Mustafazadə uzun illərdir çaynik kolleksiyası toplamaqla məşğuldur. O, bunun üçün 30 ilə yaxın vaxt sərf edib. Kolleksiyada dost-tanışlarının hədiyyə etdiyi özəl çayniklər də az deyil. Kolleksiyanı ziyarət edənlər istədiyi çaynikdə çay sifariş edə bilərlər. Çayniklərin əksəriyyəti keramikadan hazırlanıb.