Son əlavə olunanlar

Bu maraqlıdır!

Dünyada ilk fotolar

Dünya tarixi maraqlı hadisələrlə zəngindir. Bunlardan biri isə dünyada fotoaparatla çəkilən ilk şəkildir. Bu hadisə 1826-cı ildə baş verib. Bu şəkli Yozef Nisefor Niyepsi Fransanın Burqon bölgəsindəki evinin pəncərəsindən çəkib.

Qaşlar və kipriklər

Qaşlar və kipriklər gözü qoruyur. Göz çox həssas bir duyğu orqanıdır.

Strasburq – yolların kəsişməsində yerləşən şəhər

Əvvəllər “Argentoratum” və “Strastburqum” adlanmış, sonradan isə Strasburqa çevrilmiş, 2 min il əvvəl Roma legionerlərinin düşərgəsinin yerində - Reyn çayının sahilində salınmış şəhərin adı “Yol kənarında qala” mənasındadır.

Dünyanın ən dərin hovuzu: “ Y-40 The Deep Joy”

Dünyanın ən dərin hovuzu 2014-cü ildə İtaliyada açılıb. Hovuzun sahəsi “Nemo 33”-dən iki dəfə böyükdür.

Nemo-33 hovuzu

Dünyanın dərin hovuzlarından biri Brüsseldədir. Hovuzun ümumi su tutumu 2.5 milyon litrdir. 

Quşlar haqqında maraqlı məlumatlar

Qızıl yağış quşu - 200 qram ağırlığındadır. O, bədənində 70 qram yağ toplayaraq 4 min kilometr məsafəni dayanmadan 88 saata qət edir. Təyyarə ilə bu məsafəni qət etmək üçün isə 16 tondan artıq yanacağa ehtiyac var.