Kanadada rəssam itin çəkdiyi şəkillər 5 min dollardan çox gəlir gətirib
Kanadada yaşayan Hanter ləqəbli it şəkil çəkməyi çox sevir. İtin sahibləri Kenni və Deniz adlı ər-arvad onun istedadını inkişaf etdirməyə çalışır, həvəsləndirirlər. Özləri də vaxt itirmir, dördayaqlı rəssamın “işlərinin” hər birini 38 dollara satırlar.