Dovşan balığı: Chimaera monstrosa
“Ximer balığı” (lat .Chimaera monstrosa), və ya Dovşan balığı kimi də tanınan bu qığırdaqlı balıq növü dərin suların sakinidir. Şərqi Atlantika, habelə Cənubi Afrikanın sahil sularında, İslandiya və Norveçdən Aralıq dənizinə kimi və Barents dənizinin sularında 1400 m. dərinlikdə geniş yayılıb.