Son əlavə olunanlar

Bu maraqlıdır!

Böyük Qokko quşu

Kraks rubra -  Qokko ailəsinin ən böyük nümayəndəsidir. Belə ki, erkək fərdin çəkisi 7-8 kq, bədən uzunluğu isə 80 sm-dir. Mərkəzi Amerikanın tropik yağış meşələrində və Cənubi Amerikanın şimal-qərbində (Meksikadan qərbi Kolumbiya və Ekvadora kimi) yayılıb.

Okean canlısı- Velella velella

Okean sularının səthində üzən Velella-velella kosmopolit dəniz canlısıdır və Velella cinsinin yeganə növüdür. 7 sm böyüklüyündə olan canlının özünəməxsus xoş forması vardır. Mavi rəng çalarları ilə göz oxşayan Velella-velella bütün incəlikləri ilə şüşədən hazırlanmış bəzək əşyasına bənzəyir. 

Oskar mükafatı qazanmış meymun-Kristal

İyirmi yaşındakı Kristal, film sənayesində qazandığı uğurlara görə "Pawscar” (Heyvan aktyorları üçün Oskar) fəxri mükafatına layiq görülən ilk meymundur.

Sıçrayan hörümçək: Simeta

Sıçrayan hörümçək - Simeta (Simaetha) Tailandın Saraburi əyalətində tapılıb

Braziliyalı buynuzlu qurbağa

Braziliyalı buynuzlu qurbağa (lat. Ceratophrys aurita ) - Cənubi Amerikada Amazon tropik meşələrində yaşayır. Ceratophrys aurita digər amfibiyalarla müqayisədə fərqli bir görünüşə sahibdir. Gözlərinin üstündə kiçik, buynuzu xatırladan, çıxıntılar var. Başı və ağzı böyükdür.

Qahirənin ən məşhur turistik məkanı: Misir Milli Muzeyi

Misirin 162 yaşı olan ən böyük Milli Muzeyi dünyanın müxtəlif yerlərindən Qahirəyə gələn turistlərin sevimli məkanıdır. Təhrir meydanında yerləşən və Qədim Misirin bütün dövrlərinə aid 160 min eksponatın nümayiş etdirildiyi bu nəhəng muzeyin əsası 1858-ci ildə qoyulub.