Oskar mükafatı qazanmış meymun-Kristal
İyirmi yaşındakı Kristal, film sənayesində qazandığı uğurlara görə "Pawscar” (Heyvan aktyorları üçün Oskar) fəxri mükafatına layiq görülən ilk meymundur.
Kristal 25 filmdə rol alıb. Onların siyahısına: "Muzeydə gecə", "Fələkdən bir gecə", "Həkim Dolittle", “Cəngəllikdən çıxmış Gorc” və digər filmlər daxildir.
Kristal 18 ildir aktyorluq peşəsi ilə məşğuldur. Onun ilk aktyorluq karyerası 1997-ci ildə “Cəngəllikdən çıxmış Gorc” filmi ilə başlayıb.
Meymun, "Baytarlıq Klinikası" serialında bölüm başına 12 min dollar pul alıb.
Kristal məşqçisi Tom Gandersonla birlikdə Kaliforniyanın Los-Ancelos dairəsində yaşayır. Evdə itlər, atlar, bir pişik və Skvirt adlı başqa bir dişi meymunla birgə yaşayır.
31.08.2020