Son əlavə olunanlar

Təbiət

İlanların ölçüsü

İlanların 2400-ə qədər növü vardır. Onlar öz ölçüləri, rəngi və ov üsulu ilə fərqlənirlər. İlanlar qarışqa, yumurta, molyusk, keçi və kayman kimi iri heyvanlarla qidalanırlar. Onlar kəllə sümüyünün alt çənə ilə elastik birləşməsi hesabına iri qəniməti uda bilirlər. Bəzi ilanlar son dərəcə zəhərlidirlər. Avstraliyalı xırda pulcuqlu ilanın zəhərinin bir damcısı minlərlə siçanı öldürə bilər. Bəzi kobralar tüpürərək qurbanı kor edir, boa və pitonlar isə onları boğur.   

Birhürgüclü dəvə - Dromedar

Birhürgüclü dəvə (lat. Camelus dromedarius) və ya Dromedar - dəvə cinsinə aid böyük səhra heyvanıdır. Əvvəllər Afrikanın Şimalı və Yaxın Şərq səhralarında vəhşi birhürgüclü dəvələrə rast gəlinirdisə, hazırda Asiya və Afrikada ev heyvanı kimi saxlanılır.   

Kərtənkələlər

Dünyada hər bir ölçü və formada 3750 kərtənkələ növü vardır-xırda gekkondan tutmuş 3 metrlik komod əjdahasınadək (qanadlı kərtənkələ). Onların bəziləri qısa və düz, digərləri ayaqsız ilanabənzərdir. Bəziləri parlaq, digərləri solğun rənglidir. Kərtənkələlərin əksəriyyətinin tropiklərdə yaşamasına baxmayaraq, onlara soyuq iqlimli ölkələrdə də rast gəlmək olar.  

İrbis-Qar bəbiri

İrbis, Qar bəbiri (lat. Uncia uncia) və ya Bars kimi tanınan bu böyük yırtıcı məməli Orta Asiya dağlarında yaşayır. Pişik ailəsindən olan İrbis - nazik, uzun, çevik bir bədənə və kifayət qədər qısa ayaqlara sahibdir. 

Squatina californica: “Dəniz mələyi” köpəkbalığı

Beynəlxalq Qırmızı Kitaba "Nəsli kəsilməkdə olan" növ kimi düşən “Dəniz mələyi” köpəkbalığına (Squatina californica) Atlantikanın şimal-şərq dənizlərində 150 m dərinlikdə, isti və mülayim zonalarda rast gəlinir.   

Təbiətlə bağlı maraqlı faktlar

1. Planetdəki almazların çoxunun 3 milyard yaşı var.