Son əlavə olunanlar

Təbiət

Dərili tısbağa

Dərili tısbağalar çağdaş dünyanın ən böyük tısbağalarıdır.  Bəzi yetkin fərdləri 2,2 metrə qədər böyüyə bilər və çəkisi 700 kiloqrama çatır.  Aşkar edilmiş ən böyük dərili tısbağanın uzunluğu 3 metr, qabığının uzunluğu 2,2 metr və çəkisi 916 kiloqramdır.  

Şahin Dimdikli Tısbağa (Eretmochelys imbricata)

Şahin dimdikli tısbağa Cheloniidae ailəsinə aid dəniz tısbağasıdır. 

Amazon delfini

Okeanda yaşayan delfinlər qədər mehriban olmayan və yad insanlardan qorxan Amazon delfini (lat. Inia geoffrensis) — Cetacea ailəsinin azsaylı heyvanlarından biridir və çaylarda yaşayır.  Əsasən balıq, molyusk və xərçəngkimilərlə qidalanır. Fransız zooloqu Joffrua Sent İler Etyenin şərəfinə adlandırılıb.  

Burunlu Çipura (Cymatoceps nasutus)

Burunlu Çipura Sparidae ailəsinə aid Cənubi Afrika dəniz balığı növüdür.  

Keçəl Uakari

Keçəl uakari çox qısa quyruğu ilə xarakterizə olunan kiçik Yeni Dünya meymunudur. Üzü parlaq, qırmızı, başı keçəl, bədəni isə uzun tüklüdür. Keçəl uakarilər Braziliya və Perunun qərbində Amazonda su yaxınlığında məskunlaşırlar.

Uzuntopuq

Uzuntopuq (Tarsius), primatlar ailəsinə aid, Cənub-Şərqi Asiya adalarında yaşayan kiçik gecə heyvanlarıdır.