Yeriyən ağac
Baykalın simvolu sayılan “Yeriyən ağaclar” gölün ən gözəl və məşhur təbiət mənzərələrindən biridir.
Yeriyən ağacların kökü və gövdəsi torpaqdan 2-3 m kimi yüksək hündürlükdə qalır, buna görə də “ayaqları üzərində dayanan” mənzərəsi yaradırlar. Onların bəzilərinə baxarkən elə düşünmək olur ki, sanki ağaclar harasa gedirlər. Bunun üçün onları "gəzən və ya yeriyən ağaclar" adlandırırlar.
Bu ağacların fərqli olmasının səbəbi genlərlə yox, onların ətraf mühitə uyğunlaşması ilə əlaqədardır. Göldən əsən davamlı küləklər səbəbi ilə ağacların kökləri əhəmiyyətli dərəcədə eroziyaya uğrayaraq çılpaqlanmağa məruz qalır.
Dünyanın hər yerindən gələn turistlər cazibədar ağacları görmək üçün Baykala axın edirlər.
30.11.2018