Bu maraqlıdır!

Rəqs edən meşə

Rəqs edən meşə- bu meşə Baltik dənizini Kurş körfəzindən ayıran qamçıyabənzər torpaq zolağında yerləşir. 


Meşə 1960-cı ildə salınıb. Çox unikal bir təbiət möcüzəsidir. Bu meşədəki ağaclar rəqs edirmişlər kimi müxtəlif tərəflərə əyiliblər. Əyri və düz ağacların yayıldığı ərazi arasında dəqiq sərhəd var. Bir metr o yana qədd-qamətli ağacların bitdiyi yer, bir metr bu yana yupyumru burulmuş, əyilmiş ağaclar. Kimi bu anomaliyanı həşəratlarla əlaqələndirir, kimi insanlar, kimi də kosmik enerji ilə. Amma “Rəqs edən” meşənin sirri hələ də açılmamış qalır. Sadəcə turistlər bu ağacların gövdəsindəki halqalardan keçib xoşbəxt olmağa can atırlar.

 

Ekoloqlar belə düşünürlər ki, rəqs edən meşə çox incə bir yerdir və turistlər ağacın ora-burasına keçməklər ora ciddi zərbə vururlar. Bu səbəbdən meşədə 0,8 km uzunluqda olan ekoloji döşəmə salınıb. Turistlərə yalnız bu marşrut üzrə hərəkət etmək tapşırılır.