Nəhəng Afrika ilbizi- Archachatina marginata
Nəhəng Afrika ilbizi və ya banan-moruq ilbizi (Archachatina marginata- giant West African snail or banana rasp snail) nəfəs alan, Achatinidae sinfinin qarınayaqlılar dəstəsindən bir molyusk növüdür.
Onlar 20 sm uzunluğunda böyüyə və 10 ilə qədər yaşaya bilirlər. Bu tropik torpaq ilbizləri Qərbi Afrikada, Konqo və Kamerun Respublikası boyunca, Karib dənizi, Martinique bölgəsində yaşayır. Onların Martinique bölgəsinə necə çatdıqları bilinmir, ancaq Qərbi Afrikadan qayıdan işçilər tərəfindən qəsdən ev heyvanı olaraq göstərildiyinə inanılır.
Bu canlıların təbii yolla yayılması çox ləngdir, amma fərdi insanlar tərəfindən ərzaq və xalq təbabətində istifadə üçün qeyri-şüuri formada yayılması ümumi hal almışdır. Buna görə də, ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) Qərbi Afrika, Qana, Kamerun, xüsusilə Nigeriyadan gələn ziyarətçilərin yük çantalarını müntəzəm olaraq yoxlayır.
Nəhəng Afrika ilbizinin istehsalı ABŞ-da hələ də qurulmayıb. Çünki, onlar kənd təsərrüfatına, təbii ekosistemə, ticarətə və insan sağlamlığına təsir edən təhlükə hesab edilir. Ona görə də, təklif edilir ki, bu canlılar ABŞ-da milli karantinaya salınmalıdır. Nəhəng Afrika ilbizinin çanağı 21 sm hündürlükdə böyüyə bilir. Diametri isə 13 sm olur.
Bu ilbizlər müxtəlif növ bitkilər və meyvələrlə qidalanrlar. Qida rasionuna banan, kahı, fısdıq, noxud və taxıl növləri daxildir. Onlar dünya üçün son dərəcə məhvedici təsirə malik bir işğalçı canlı hesab edilirlər. Bu ilbizlər parazitar siçovul ağciyər qurdu adlanan qurd daşıyıcısıdır. Bu qurd eosinophilic meningitis xəstəliyinə səbəb olur. Xəstəlik öz növbəsində eozinofilik meningit (eosinophilic meningitis or eosinophilic meningoencephalitis) xəstəliyini yaradır. İlbizlərin yayılması ilə yaranan bu xəstəlik Şimali Amerikada problematik bir hal almışdır. Əgər ilbizlərin yayılması davam etsə, Şimali Amerikadan Kubaya və ABŞ-a kimi insanların sağlamlığında problem yaradacaq bir potensiala yiyələnəcək.
17.11.2018