“Diabet nəzarətdə, uğur irəlidə!” adlı uşaqlar üçün müsabiqə keçiriləcək
Azərbaycan Diabet Liqası Respublika Endokrinoloji Mərkəz, Novo Nordisk şirkətinin dəstəyi ilə “Diabet nəzarətdə, uğur irəlidə!” adlı müsabiqə keçirəcək.
3 mərhələdən ibarət müsabiqənin I mərhələsində diabet haqqında biliklər testlə qiymətləndiriləcək və cavablara əsasən ballar toplanacaq, II mərhələdə uşaqların qabiliyyəti (rəsm, musiqi, şeir, rəqs və digər bacarıqları) münsiflər tərəfindən balla qiymətləndiriləcək, III mərhələdə isə münsiflər tərəfindən iştirakçının topladığı ballar və sənədlər əsasında 10 iştirakçı və onlar arasından 3 qalib müəyyənləşdiriləcək. Müsabiqədə 15 yaşa qədər şəkərli diabet diaqnozu olan, test suallarını sərbəst oxuyub cavab verə biləcək uşaqlar iştirak edə bilər.
Final və mükafatlandırma noyabr ayında, Diabet gününə həsr olunmuş tədbirdə keçiriləcək. Tədbirə bütün iştirakçılar dəvət olunacaq. Qalibləri maraqlı hədiyyələr gözləyir.
27.10.2018