Xəbərlər

“Sea Breeze”də uşaqlar üçün “Halloween Party” keçiriləcək

Oktyabrın 27-də “Sea Breeze Resort” balacalar və valideynlər üçün əyləncəli və mistik “Halloween Party” keçirəcək. 


AZƏRTAC xəbər verir ki, saat 11:00-da keçiriləcək əyləncə zamanı balacaları Alisa, Dəlisov Papaqçı, Qırmızıtoxmaq Kraliça və Ölü gəlin, gəlincik LOL qarşılayacaq.


“Cosplay Club Baku” personajları ilə çox əyləncəli və bir az da qorxulu olacaq. Bayramın obrazına daha rahat daxil olmaq üçün təşkilatçılar bütün qonaqlara feys art edəcək. Qəhrəmanlar müxtəlif müsabiqələr təşkil edəcək, rəqs edib əylənəcəklər. Bundan başqa, qonaqlar Phobiavr-la birlikdə virtual reallığa səyahət edə biləcəklər. 


Qeyd edək ki, əyləncə üç yaş və daha yüksək uşaqlar üçün nəzərdə tutulub. Giriş valideynlər üçün pulsuz, uşaqlar üçün isə ödənişlidir.