Xəbərlər

Sumqayıtlı azyaşlı karateçilər İranda 14 medal qazanıblar

İranda “Tehran Open” beynəlxalq turnirində iştirak edən Sumqayıt karateçiləri yüksək nəticə əldə ediblər.

 

Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, azyaşlı karateçilərimiz ümumilikdə on dörd medal qazanıblar. Onlardan beşi qızıl, beşi gümüş, dördü isə bürünc medaldır.

 

Turnirdə Elməddin Səlimli (6-7 yaş, kata qızıl, kumite gümüş medal), Amil Abbaslı (8-9 yaş, kata gümüş, kumite bürünc medal), Seymur Mütəllimli (8-9 yaş, kata bürünc, kumite qızıl medal), Akif Məmmədli (12-13 yaş, kata bürünc, kumite gümüş medal), Səlbidə Ağalı (10-11 yaş, kata və kumite qızıl medal), Həsən Osmanov (8-9 yaş, kumite gümüş medal), Samirə Babayeva (16-17 yaş, kata gümüş medal), Yusif Hüseynli (8-9 yaş, kumite bürünc medal) və Murad Hüseynov (14-15 yaş, kumite bürünc medal) mükafatçılar sırasında yer alıblar.

 

İdmançılar turnirə məşqçilər Rafael Məmmədov və Elnurə Ramazanovanın rəhbərliyi altında qatılıblar.