Təbiət rəsmi çəkməyi öyrənək
Hansı uşaq torpağın yay bəzəyinin təmtərağına heyran olmayıb. Bizi hər tərəfdən sıx yaşıl otlar əhatə edir- şəhərdə, kənddə, tarlada və əlbəttə meşədə.
Canlı təbiətin bolluğuna təəccüb edərək, bir çoxları onu təsvir etməkdən çəkinirlər. Bir tərəfdən hər yerin yaşıl rəngdə olması, digər tərəfdən detalların bolluğu onları çaşdırır. Üçüncüsü, əgər, bir çox bitkilərin və ya ağaclarda yarpaqların şəklini çəkmək alınırsa da, niyəsə tarlanın və ya ağacların həcmi hiss olunmur. Ağacın gövdəsi ilə budaqları arasındakı əlaqəni göstərmək o qədər də sadə məsələ deyildir.
Şişkinin, Vasilyevin, Levitanın və başqa rəssamların təbiəti doğru ifadə etmək ustalığı bizi valeh edir. Adama elə gəlir ki, bir ağacı təsvir etməyə bütün yayı həsr etmək lazımdır.
Tarlaya və çəmənliyə baxın - onlar nə yadımıza salır? Əlbəttə böyük çiçəklənmiş xalçanı. Əsl xalçada tək naxış yox, həm də onun qalınlığı var. Cürbəcür otlar basmış tarlanın şəklini çəkərkən, yaxşı olar ki, otun qalınlığını görəsən və çəkəsən. Sonra isə, bitkilərin təbiət tərəfindən yaradılmış naxışlarına diqqətlə baxmaq lazımdır.
Tarlada nələr yoxdur! Bir balaca yerdə -çobanyastığı, başqa yerdə - yonca, yolun kənarında ayıpəncəsi çiçəyi, burada isə yağıotu. Tarlanı çəkərkən onun naxışlarına diqqət yetirin. O birilərinə nisbətən daha hündür otları və ya çiçəkləri qeyd edin. Əgər, ot sadəcə yaşıl rəngdədirsə, diqqətlə baxın, tikanlı qumotu böyük nitraqdan nə ilə fərqlənir? Tarla və çəmənliyin şəklini çəkərkən, böyük miqdarda ştrix və ləkələrdən istifadə etmək lazım deyildir. Sadəcə olaraq, tələsmək lazım deyil, təbiətdə bir az çox oturmaq lazımdır, naturanı hiss etmək lazımdır, bitki xalçasının fakturasını, qalınlığını, xarakterini qismən də olsa cürbəcür ştrixlərlə vermək lazımdır. Nəticədə yüngül və zərif şəkil alınacaq. Bu şəkilə baxdıqca, hamı başa düşəcək ki, bu tarla otlardan və güllərdən ibarətdir.
Otları çəkərkən onların əyilmə istiqamətinə fikir verin, çünki, otlar demək olar ki, şaquli vəziyyətdə dayanmırlar. Onlar elə nazik və incədirlər ki, hər hansı bir küləkdən və ya öz ağırlığından da əyilir. Hətta, yağıotunun gövdəsi nadir hallarda düz dayanır. Otların şəklini çəkmək haqqında söhbəti bitirərkən, bir daha qeyd etmək lazımdır: tələsməyin, bir müddət müşahidə edin, nəyi başa düşüb sevdinizsə, onu çəkin. Elə edin ki, hamı başa düşsün ki, hansı bitki təsvir edilmişdir, onda sizin işiniz nəinki, gözəl, həm də maraqlı olacaq.