Yeniyetmələr arasında mini futbol turnirinə yekun vurulub
Nizami rayonundakı 61 nömrəli tam orta məktəbdə rayonun yeniyetmələri arasında məhəllələrarası mini futbol turnirinin final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Nizami Rayonu Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan yarışda Nizami komandası birinci olub. “Keşlə” yarışı ikinci, “Neftçi” isə üçüncü pillədə başa vurublar.
Mükafatçılara müvafiq dərəcəli diplom və medallar təqdim olunub.
18.10.2018