Dünyanın 7 yeni möcüzəsi
İsveçrəli Bernar Veberin təşəbbüsü ilə 2000-ci ildə dünyanın 7 yeni möcüzəsinin seçilməsi məqsədilə bir layihə başladıldı. İnternet, telefon və sms səsverməsi ilə keçirilən bu layihə dünyada mövcud olan arxitektur tikililərdən 7 yeni möcüzənin seçilməsinə yönəlmişdir. Nəticələr 7 iyul 2007-ci ildə Portuqaliyanın Lissabon şəhərində elan olundu. Onlar aşağıdakı kimidir:
1. Kolizey, Roma, İtaliya
2. Böyük Çin səddi
3. Maçu – Pikçu, Peru
4. Petra şəhəri, İordaniya
5. Tac-Mahal, Aqra, Hindistan
6. İsa Məsihin heykəli, Rio-de-Jeneyro, Braziliya
7. Çiçen – itsa, Yukatan, Meksika
29.09.2018