Dünyanın ən sürətlə böyüyən bitkisi: Bambuk
Bambuk dünyanın ən sürətlə böyüyən bitkisi hesab olunur. Bu ağac gün ərzində 90 santimetrə qədər uzanır.
Bambukun vətəni Çindir. Onun orta hündürlüyü 4-12 metr, bəzən isə 27 metrlik bambuka da rast gəlinir. Onun növləri Asiyada, Cənubi və Şimali Amerikada yetişir. Bəzi bambuk növləri çox seyrək çiçəklər verə bilir. Bu ərazilərdə bambuk insanların ən çox istifadə etdiyi bitkilərdən biridir.
Əvvəlcə toxum əkilir, sonra bu toxum sulanaraq gübrələnir. Birinci il toxumda heç bir dəyişiklik olmur. Toxum yenidən sulanıb gübrələnir. Bambuk toxumu ikinci il də boy atmır. Üçüncü və dördüncü illərdə də bambuk toxumu sulanır və gübrələnir. Fəqət inadkar toxum yenə də boy atmır. Bu işdə təcrübəsi olan çinlilər, böyük bir səbirlə beşinci ildə də toxuma su və gübrə verməyə davam edirlər. Nəhayət beşinci ilin axırına yaxın bambuk toxumu yaşıllaşmağa başlayır və altı həftə ərzində bambukun hündürlüyü bir neçə metrə çatır.
29.09.2018