Balacalar üçün ustad dərsi keçiriləcək
Sentyabrın 30-u saat 11:00-da “Sevimli bala” və “Alices cafe” nin birgə təşkilatçılığı ilə “Port Baku Mall” da uşaqlar üçün “öz çantanı yarat” adlı ustad dərsi keçiriləcək.
Ustad dərsində beş və daha yüksək yaşlı uşaqlar iştirak edə bilər.
Burada uşaqlar hər gün istifadə edəcəyi çantalarda sevimli karikatura simvollarını çəkə biləcəklər. Ustad dərsi uşaqlara həm xəyal dünyalarını inkişaf etdirməyə, həm də əyləncəli vaxt keçirməyə kömək edəcək.
27.09.2018