Xəbərlər

Balacalar üçün heykəltəraşlıq üzrə ustad dərsi

Sentyabrın 29-da “Balaca Yarat” ənənəyə sadiq qalaraq uşaqlar üçün heykəltəraşlıq üzrə ustad dərsi keçirəcək.  


Balacalar ustad dərsində rəssam Nərminə Bağırova ilə birgə Şilpa Quptanın sərgisində göstərilən şairlərin həyat və yaradıcılığından ilhamlanaraq özlərini heykəltəraş kimi sınayacaqlar. 


Saat 11:00-dan 14:00-dək keçiriləcək ustad dərsi 4-13 yaşlı uşaqlar üçün nəzərdə tutulub.  Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 9:30-dan 18:30-dək aparılır. Qeydiyyat üçün: (+994)502469292