Xəbərlər

Bakıda beynəlxalq teatr həftəsi keçiriləcək

Noyabrın 6-dan 11-dək Bakıda 2-ci Beynəlxalq M.A.P Teatr Həftəsi keçiriləcək.

 

M.A.P - abbreviaturası Music (musiqi), Art (incəsənət) və Performance (performans) mənasını daşıyır. Festivalın məqsədi tamaşaçılara müasir teatr formalarının geniş spektrinin incəliklərini nümayiş etdirmək, teatr sənətinin müxtəlif formalarını birləşdirərək ünsiyyət, tədris və bilik mübadiləsi platforması yaratmaqdır.

 

Festivalın təşkilatçısı YARAT Müasir İncəsənət Məkanıdır.

 

Bu il festivalda Estoniya, Danimarka, Almaniya, İran, İtaliya, Yaponiya, İsveç, Rusiya və Böyük Britaniya teatr kollektivlərinin təqdimatında 16 tamaşa nümayiş olunacaq.

 

Onlar arasında uşaqlar üçün “Kaştanka”, “Çirkin ördək balası” (Rusiya), “Uçan gəmi” musiqili tamaşası (Rusiya), “Klounların evləri” (Almaniya), “Heç kimin torpağı” (Yunanıstan, Almaniya) var.