Rus Dram Teatrında ailəvi şou təqdim olunacaq
Oktyabrın 28-də Rus Dram Teatrının səhnəsində "L.O.L kuklaları - əylən və parlaq ol" adlı tamaşa təqdim olunacaq.
Ədalət, dürüstlük, cəsarət və xeyirxahlığı aşılayan şouda qızlar və oğlanlar sahəyə cəlb olunaraq maneələrin və çətin vəzifələrin aradan qaldırılmasında əsas simvollara kömək edə biləcəklər.
Musiqili şou Bakıda ilk dəfə keçiriləcək. Səhnədə uşaqları və valideynləri işıqlandırma dizaynı, xüsusi effektlər, parlaq rəqs nömrələr, mahnılar, rəngli geyimlər və dekorasiyalar gözləyir.
L.O.L kuklaları (Lil Outrageous Littles) Avropa, Amerika və Rusiyada olduqca məşhurdur.
25.09.2018