Ümid, arzu və istək haqqında atalar sözləri
Adamın gərək dili ilə ürəyi bir ola.
*****
Adamın tamarzısı, hər kəsin öz arzusu.
*****
Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar.
*****
Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi çağ.
*****
Aman istəyənin boynun vurmazlar.
*****
Atalar gözəl demişlər: "Dünyanı ümid ilə yemişlər".
*****
Axtaran tapar, yoğuran yapar.
*****
İnsan istəsə dağı dağ üstə qoyar.
*****
İstədi qaşın qayıra, vurdu gözün çıxartdı.
*****
İstədiyini deyən, istəmədiyini eşidər.