Şeirlər

Şirinxanım Kərimbəyli. Yaz gəlir

Yaz gəlir, sular coşur,

Soyuq buzlar əriyir.

Təbiət nəğmə qoşur,

Gün göylərə yeriyir.

 

Bağçaların içində,

Quşlar cəh-cəh vururlar.

Qışın köçə-köçündə,

İsti yuva qururlar.

 

 

 

 

Qaranquşlar qürbətdən,

Uçub gəlibdi yenə.

Eşq döyünür xəlbətdən,

Az qalır könül dinə.

 

Uşaqlar oynaşırlar,

Otların arasında.

Diləklər qaynaşırlar,

Gözlərin qarasında.