Qar dənəsi. Günel Almaz
Qar dənəsi darıxırdı. Qərara gəldi ki, bir az uçsun. Uçdu, uçdu... Bir ağacın budağına qondu. Budaqda bir yarpaq qalmışdı, külək bir azdan onu qoparıb torpağa atdı. Qar dənəsi həmin budağa qonub dedi:
- İstəyirsən, sənin yarpağın olum?
Budaq eşitmədi, çünki çoxdan qış yuxusuna getmişdi. Yuxuda yaşıl yarpaqları və çəmənlikləri görürdü. Görürdü ki, zərif meh yarpaqların üstündə yeriyir. Yarpaqlar sevinc içində xışıldayır.
Qar dənəsi gördü ki, budaqdan səs çıxmır, bir budaq da aşağı endi.
- İstəyirsən, sənin çiçəyin olum?
Bu budaq da cavab vermədi. Çünki o yuxarıdakı budağın yuxusunda idi.
Qar dənəsi torpağa endi. Dedi:
- İstəyirsən, sənin çiçəyin olum?
Torpaq razılaşdı, qar dənəsinin üzündən öpdü.
Beləliklə, qar dənəsi bütün qışı orada qaldı. Yaz gələndə onun yerində qarçiçəyi bitdi...
01.04.2018