Teymur Elçin. Gül anası
Bir gün Turan babasıyla
Su verirdi güllərə.
Güllər tez-tez baş əyirdi
Suyu tökən əllərə.
Ətirlənib, çətirlənib
Gülüşürdü çiçəklər;
Göyərirdi göy yarpaqlar
Qızarırdı ləçəklər.
- Mən güllərin anasıyam!
- Nədən bilim, ay Turan?
Bunu kimdən eşitmisən?
Kimdir bunu uyduran?
- Su verirəm güllərə mən,
Qoymuram ki, yanalar.
- Hə, bilirəm körpələrə
Suyu verər analar...
Birdən güllər büzüşsələr,
Üşüsələr soyuqdan,
Neyləyərsən, ay Turan?
Gətirərərəm evimizə,
Öz yanımda saxlaram.
Üşüməzlər, büzüşməzlər,
Güllərimə baxaram,
Qoymaram ki, kəpənəklər
Güllərimi yeyələr.
- Bildim, Turan!
Gərək güllər dil açalar,
Sənə ana deyələr!
13.12.2017