Admiral
Bu admiralın dənizlə heç bir əlaqəsi yoxdur. Meşə kənarları, çəmənliklər, bağçalar və günəşin bol olduğu çay sahilləri onların sevdiyi məkanlardır. Bəs nəyə görə quruda yaşamağı sevən kəpənəyin adını admiral qoyublar? Əlvan xarici görünüşünə görə, daha doğrusu - geniş qırmızı zolaqlı qara qanadına görə. Arxa qanadların aşağısından, ön qanadların isə ortasından keçən və üzərinə ulduz kimi ağ xalların səpələndiyi qırmızı zolaqlar admiral lampasını xatırladır.
Yay fəslinin ikinci yarısında anadan olan admiralların əksəriyyəti payızda cənuba yollanır. Onlar orada nəsillərini artıraraq həlak olur. Gənc kəpənəklər isə nəsillərini artırmaq üçün geri qayıdır. Bizdə qalan admirallar payıza qədər, bəzən isə şaxtalar başlayana qədər uçur. Bu kəpənəklər ağacların qabığı altında, dərin yarğanlarda və şaxtaların zərər vurmayacağı başqa yerlərdə qışdan qorunur. Baharda, hələ meşələrdə qar əriməmiş günəşin isitdiyi kəpənəklər sığınacaqlardan çıxaraq küləkdən qorunan meşə kənarlarında uçuşurlar.