Budaq Təhməz. Nar
Əlində bir nar
Gəlirdi Anar.
Onu görüncə
Dəcəl Etibar,
Ayaq saxladı.
Gücün yoxladı.
Dedi: - Ay Anar,
Mənə də ver nar.
Verməsən narı,
Çağıracağam
Dostum Vüqarı.
Səni döyərik,
Əlindən narı
Alıb yeyərik.
Gülərək Anar,
Dedi: - Etibar,
Narın içində
Saysız dənə var.
Çağır Vüqarı
Böləyin yarı,
Yeyəyin narı.