Şeirlər

Əbülfəz Ülvi. Yuxu

Əli gördü həyətdə,
Qovur toyuq, cücəni.
Köpəyi zəncirləyib,
Susuz qoyub gecəni.


Həyətdəki dananı,
Otsuz уегə bağlayıb.
Dişi iti şananı,
Silah kimi saxlayıb.

 

 

Guya belə edirdi,
“hünər” indən goplasın.
Tay-tuşunun içində,
Xətir, hörmət toplasın.


Amma bütün dostları,
Görcək ondan qaçırdı.
Веləcə günəş doğub,
Gözəl sabah açıldı.


Gözlərini açanda,
Arından ölürdü o.
Nə yaxşı ki, bunları,
Yuxuda görürdü o.