Eston nağılı. Hərə öz payını aldı
Günlərin bir günü bir nəfər yoxsul yol gedirmiş. Axşam düşür, hava qaralır.
Yol ötən yoxsul qərara alır ki, yaxınındakı bir evin qapısını döyüb gecələməyə yer istəsin. Böyük evin pəncərəsini yavaşca tıqqıldadıb:
— Gecəni qalmağa icazə verərsinizmi? — deyir.
Evdən varlı xanım çıxıb yol ötəni danlamağa başlayır, üstünə qışqırır ki:
— Bu saat iti zəncirdən açıb buraxaram. Onda bilərsən mənim evimdə gecələmək necə olar. Rədd ol burdan!
Yolçu yenə düzəlir yola. Bu dəfə yoxsul balaca bir ev görür, pəncərəni tıqqıldadıb deyir:
— Ey, xanım, bir gecəliyə qalmağa mənə evinizdə yer verin.
Evin sahibəsi gülərüzlə deyir:
— Gəl içəri, gəl içəri! Amma bax, narazılıq eləməyəsən, evim darısqaldır, səsli-küylüdür.
Yol ötən içəri girib görür ki, ev çox kasıbdır, oğul-uşaq çoxdur, əyinlərindəki köynəkləri cırıq-cırıqdır.
Yolçu soruşur:
— Niyə uşaqlarının üst-başı belə yaman gündədir? Niyə onlara təzə köynək tikmirsən?
Arvad cavab verir:
— Haradan? Ərim ölüb, mən təkbaşına onları saxlayıram. Məndə pul haradandır ki, onlara hələ bir təzə köynək də tikim. Bizim heç çörək almağa pulumuz yoxdur.
Yol keçən arvada qulaq asır, bir kəlmə də olsun ona cavab vermir. Qadın axşam yeməyinə hazırlıq görüb qonağı süfrəyə dəvət edir:
— Otur, bizimlə bir qismət çörək ye.
— Yox, — yolçu cavab verir, — istəmirəm. Toxam, bir az var, yemişəm.
Yol keçən çantasını açır, içindəki yeməklərin hamısını çıxarıb stolun üstünə qoyur, özü uşaqları qonaq eləyir. Sonra da uzanıb dərhal yuxuya gedir.
Səhər sübhdən qoca yuxudan oyanır. Gecə qalmağına görə ev sahibəsinə dil-ağız eləyir. Çıxıb gedərkən deyir:
— Səhər görmək istədiklərinin hamısını axşamacan eləyəcəksən.
Ev sahibəsi yol ötənin dediklərini başa düşmür, heç fikir də vermir.
Qocanı küçə qapısından ötürüb qayıdır evə, fikirləşir: “Əgər bu yoxsul qoca da deyirsə ki, uşaqlarımın üst-başı cır-cındırdır, bəs başqaları nə deyər?”
Qərara gəlir ki, artıq qalan kətandan heç olmasa bir köynək tiksin. Varlı qonşusugilə gedir ki, arşın alıb kətanı ölçsün, görsün bir köynək tikməyə bəs edərmi.
Yazıq arvad qonşudan qayıdıb cəld ambara yollanır. Ləmədən kətan qırığını götürüb başlayır ölçməyə. O ölçdükcə parça bir ucdan uzanır, ucu-bucağı görünmür. Bütün günü ölçür, ancaq axşamdan xeyli keçmiş ölçüb qurtara bilir.
Hə, indi daha onun özünə də, uşaqlarının hamısına da ömürlərinin axırınacan köynək tikməyə kətan bəs elər.
Yazıq arvad başa düşür ki: “Yol keçən səhər mənə bunu deyirmiş”.
Axşam arvad arşını aparıb varlı qonşusuna qaytaranda gizlədib-eləmədən ona danışır ki, yol keçənin sözü ilə o, anbar dolu kətan alıb.
Varlı fikirləşir: “Eh, mən axı niyə o yol ötəni gecələməyə evimə buraxmadım?” Odur ki, qışqırır:
— Ey, xidmətçi! Tez ol, atı qoş! Çaparaq yolçunun izinə düş. Necə olur-olsun, onu gətir gəl bura. Xəsislik etmədən yoxsula gərək kömək eləyəsən. Mən həmişə bunu demişəm.
İşçi dərhal durub yol keçən qocanı axtarmağa gedir. Ancaq o biri gün qaçıb qocaya çata bilir. Amma qoca geri qayıtmaq istəmirdi. İşçi kədərlənib deyir:
— Hə, mənim işim bitdi: səni aparmasam, sahibəm məni qovacaq, heç əməkhaqqımı da verməyəcək.
Qoca cavab verir ki:
— Qəm yemə, cavan oğlan. Qoy elə olsun, gedirəm səninlə.
Arabaya minib gedirlər. Varlı qadının darvazanın qabağında dayanıb gözləməkdən gözünün kökü saralmışdı. Qocanı gülə-gülə, böyük ehtiramla qarşılayır, qolundan tutub gətirir evinə, yedirir-içirir, yumşaq yataqda yatırır.
— Uzan, baba can, dincəl, əzizim!
Qoca varlının evində bir gecə qalır, iki gecə qalır, üçüncü gecə qalır. Ev sahibəsi onu yedirib-içirir, ona səmimi sözlər deyir, özü isə qəlbində hirslənir, fikirləşir ki: “Bu yaramaz qoca nə vaxt rədd olub burdan çıxıb gedəcək?”
Qocanı qovmağa cəsarət eləmir, qorxur: qovsa, çəkdiyi əzab-əziyyəti hədər gedəcək.
Dördüncü günü arvad yaman sevinirdi, çünki səhər tezdən yolçu durub yola hazırlıq görürdü. Varlı arvad çıxır ki, onu yola salsın. Qoca qapıya sarı addımlayır, dinib-danışmır. Darvazadan çölə çıxır, yenə bir kəlmə söz demir. Varlı qadının hövsələsi çatmır, soruşur:
— Mənə də görüm, bu gün nə iş görüm?
Yolçu arvadın üzünə baxır, sonra deyir:
— Səhərdən görmək istədiklərinin hamısını axşamacan görəcəksən.
Varlı qadın qaçır evinə, arşını götürür ki, kətanı ölçsün. Ancaq bu vaxt o, bərkdən asqırmağa başlayır. Elə bərk asqırır ki, həyətdəki toyuqlar qorxularından o tərəf-bu tərəfə qaçırlar.
Bütün günü ara vermədən asqırır. Nə yeyə bilir, nə içə bilir, nə də soruşulan suallara cavab verə bilir. Bütün günü dayanmadan asqırır:
— Həp-çi! Həp-çi! Həp-çi!
Elə ki gün batır və hava tamam qaralır, arvad daha asqırmır, sustalıb üzüstə düşür.

14.10.2026