Şeirlər

Leyla Mətin. Müəllim

Adın ən ucadır bizə hər zaman,
Sən bizim mehriban bir anamızsan.
Ruhu doğma olan ən gözəl insan,
Müəllim, müəllim, əziz müəllim!

 

Böyük səhnələrə gətirdin bizi,
Pillədən-pilləyə ötürdün bizi,
Sənət yollarında bitirdin bizi,
Müəllim, müəllim, əziz müəllim!

 

Bizi ayırmadın doğma övladdan,
Bizə ürəyində yer verdin hər an.
Mərhəmət öyrətdin bizə hər zaman
Müəllim, müəllim, əziz müəllim.