Mina Rəşid. Yaxşılıq
Kamilin ayaqqabısı sökülmüşdü, özü də üst tərəfindən, anası onu tikməyə cəhd etsə də alınmadı, neylədisə yenə də kobud göründü. Yeni ayaqqabı almağa da Səhər xanımın imkanı yox idi. Kamil əlaçıydı, məktəbi çox sevirdi. Dərsdən qalmaq istəmirdi. Ona görə o, köhnə ayaqqabılarda məktəbə yollandı. Səhər Kamilin ayaqqabıları Ülkərin anası Sevinc xanımın gözündən yayınmamışdı. O, elə səhəri gün məktəbə bir çanta ayaqqabı ilə gəldi. Onlar sakit bir guşəyə çəkilib Kamilə uyğun ayaqqabı seçməyə çalışdılar. Nəhayət ayaqqabılardan biri Kamilin ayağına oldu və o, çox sevindi.
Dərsdən sonra Kamilin anası Ülkərgilə gəldi. Onlar birlikdə çay içdilər, söhbət etdilər. Bir-birinin dərd-səri ilə maraqlandılar. Məlum oldu ki, Kamilin anası tikiş fabrikində çalışır və aylıq məvacibini almağa hələ 10 gün qalıb. Ona görə də Kamilə ayaqqabı ala bilməyib. Ülkərin anası ona dedi ki, bundan sonra nəyə ehtiyacı olsa onunla paylaşa bilər. Çünki onlar artıq bacıdırlar.
Kamilin anası Sevinc xanıma təşəkkür etdi və bu dostluğun daimi olacağına söz verdi. Kamillə Ülkər də buna çox sevindilər.