Tofiq Qəbul. Günəbaxan və günəş
Günəbaxan
Günə baxır.
Gün də dönüb
Ona baxır.
Axşam olcaq
Günəş yatır.
Günəbaxan
Qəmə batır.
Səhər durur
Yenə Günəş.
Nur çiləyir
Yerə Günəş.
Çox sevinir
Günəbaxan.
Günə baxır
Heyran-heyran.
Günəş - “salam!”
Deyir ona.
Öz balaca
Gün dostuna.
Cikkildəyir
Boz sərçələr.
Bu xırdaca
Hay-küyçülər:
“Yerdə bitən
Günə baxım!
Gəlin, gəlin
Günə yaxın!”
Günəbaxan
Gülümsəyir,
Dostu Günə
Əl yelləyir.