Şeirlər

Fərəc Fərəcov. Dəcəl

Balaca Sevil
Danışmır hələ,
Heç bir söhbətə
Qarışmır hələ.
“Ih”, “ıh” deyərək
Nə görsə alır,
Alan təki də
Əlindən salır.
Neçə nəlbəki,
Stəkan qırıb.
Yazı yazarkən
Kağızı cırıb.
Sözün qısası,
Dəcəldir yaman,
Ondan “dad”, “aman”.